Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Aksiz markası olmayan siqaretlər aşkar edilib

Aksiz markası olmayan siqaretlər aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri ərazisində aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən, qeydiyyatda olduğu fərdi yaşayış evindən və ofisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 142380 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Oktyabr 2024 13:17
195