Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin final mərhələsi keçirilib (VİDEO)

“Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin final mərhələsi keçirilib (VİDEO)

Oktyabrın 5-də “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin final mərhələsi keçirilib.

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə keçirilən müsabiqə Dövlət Gömrük Komitəsinin Aparatında, ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində yuxarı vəzifələr üzrə yüksək bilik və bacarıqlara malik olan ehtiyat kadr bazasının formalaşdırılması, habelə Komitə Aparatında vakant olan vəzifələrin Komitənin vahid sisteminə daxil olan gömrük orqanlarında və qurumlarında xidmət keçən əməkdaşlar tərəfindən tutulması məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetlərindən biri də insan kapitalının inkişaf etdirilməsi, yüksəkixtisaslı, hərtərəfli biliklərə malik milli kadrların yetişdirilməsidir. Qeyd olunub ki, bu məqsədlə ölkəmizdə müasir təhsil sisteminin qurulması, innovasiyaların inkişafı, istedadlı, peşə bacarıqlarına malik kadrların önə çəkilməsi istiqamətində mühüm addımlar atılır.

Ölkəmizin milli və iqtisadi maraqlarının qorunmasında gömrük xidmətinin vacib rol oynadığı vurğulanıb, bu istiqamətdə fəaliyyətin səmərəliliyinin artırılması baxımından yüksəkixtisaslı, müasir bilik və bacarıqlara malik kadrların yetişdirilməsi və önə çəkilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonra müsabiqəyə start verilib. Müsabiqənin finalında test imtahanı mərhələsində uğur qazanan 121 gömrük əməkdaşı iştirak edib və onlar gömrük işinin təşkili sahəsinə aid nəzəri və praktiki biliklərə əsaslanan 6 tapşırıq yerinə yetiriblər.

Tədbirin sonunda müxtəlif dövlət qurumlarının təmsilçilərindən və özəl sektor nümayəndələrindən ibarət ekspert qrupuna təşəkkürnamələr təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Oktyabr 2024 17:41
195