Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Poçt göndərişlərində gömrük qanunvericiliyinin tətbiqi” mövzusunda görüş keçirilib

“Poçt göndərişlərində gömrük qanunvericiliyinin tətbiqi” mövzusunda görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində sürətli poçt daşıma şirkətlərinin nümayəndələri ilə “Poçt göndərişlərində gömrük qanunvericiliyinin tətbiqi” mövzusunda görüş keçirilib.

Görüşdə Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında poçt göndərişlərinə aid müddəalar barədə məlumat verilib.

Həmçinin təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsi baxımından beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunmasının əhəmiyyəti vurğulanıb, gömrük əməliyyatlarının sadələşdirilməsi və sürətli şəkildə həyata keçirilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Görüşdə “Poçt göndərişlərində gömrük qanunvericiliyinin tətbiqi” mövzusunda video təqdimat nümayiş etdirilib.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Oktyabr 2024 18:13
195