Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Şərgi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-də görüş keçirilib.

Görüş xarici ticarət iştirakçılarının gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırılması, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunub.

Gömrük əməkdaşlarına müəssisənin fəaliyyəti barədə məlumat verilib, istehsal prosesi əyani şəkildə izlənilib, tərəfləri maraqlandıran mövzular, həmçinin idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Oktyabr 2024 16:24
195