Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman vasitələri aşkar edilib

Dərman vasitələri aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən rentgen qurğusu vasitəsilə ona məxsus baqaj yüklərinə baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən 13 adda 1034 ədəd dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Oktyabr 2024 14:56
195