Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Aksiz markasız siqaretlər aşkar edilib

Aksiz markasız siqaretlər aşkar edilib

Tovuz Gömrük İdarəsinin əməkdaşları üzərində aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar. 

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Tovuz rayonu ərazisində nəqliyyat vasitəsinin yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adda 38980 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Oktyabr 2024 16:48
195