Xarici ticarət işitrakçılarına gömrük sistemində həyata keçirilən layihələr barədə məlumat verilib
Xarici ticarət işitrakçılarına gömrük sistemində həyata keçirilən layihələr barədə məlumat verilib
"Şirvan” gömrük postunun təşəbbüsü ilə "Gilan Seramik" MMC-də və “Hacıqabul Quşçuluq” MMC-də görüşlər keçirilib.
Gömrük sistemində həyata keçirilən yeniliklər, tətbiq edilən layihələr barədə xarici ticarət iştrakçılarının rəy və təkliflərinin öyrənilməsi məqsədilə keçirilən görüşlərdə gömrük orqanlarının strateji hədəfləri barədə məlumat verilib. Bildirilib ki, məqsəd gömrük əməliyyatlarının, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, sahibkarların vaxt və vəsait itkisinin qarşısının alınması, şəffaflığın və məmnunluğun təmin edilməsidir.
Görüş çərçivəsində gömrük əməkdaşlarına müəssisələrin fəaliyyəti barədə məlumat verilib, istehsal prosesi əyani şəkildə izlənilib, eyni zamanda idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi