Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb

Şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsi anılıb

Oktyabrın 19-da Dövlət Gömrük Komitəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin anım günü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Gömrükçülər Ülvi Hacıyevin məzarına əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Xatırladaq ki, Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Ülvi Hacıyev oktyabrın 19-da şəhid olub.

Qeyd edək ki, şəhid Ülvi Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Oktyabr 2024 15:40
195