Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGKA məzunlarının gömrük orqanlarına xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir

DGKA məzunlarının gömrük orqanlarına xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir

Okyabrın 19-da Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarının gömrük orqanlarına xidmətə qəbulu ilə əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Yazılı imtahan mərhələsində iştirak hüququ qazanan 134 namizədin peşə-ixtisas bilikləri və ümumi dünyagörüşünün qiymətləndirilməsi aparılıb.

Yazılı imtahanda uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Qeyd edək ki, müsabiqədə uğur qazanan namizədlərin vakant vəzifəyə təyinatı nəzərdə tutulur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Oktyabr 2024 15:46
195