Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları ADA və Bakı Dövlət universitetlərinin tələbələri ilə görüş keçiriblər

Gömrük əməkdaşları ADA və Bakı Dövlət universitetlərinin tələbələri ilə görüş keçiriblər

Tovuz Gömrük İdarəsinin əməkdaşları ADA Universitetinin Qazax Mərkəzinin və Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri və müəllim heyəti ilə görüş keçiriblər.

Görüşdə Dövlət Gömrük Komitəsinin yeni layihələri - “Gömrük İNKİŞAF modeli”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Özünet”, “Smart-Bot” mobil tətbiqi haqqında videoçarxlar nümayiş etdirilərək məlumat verilib, gömrük orqanlarının strateji hədəfləri, həyata keçirilən təkmilləşdirilmələrin məqsədindən bəhs olunub.

Yekunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Oktyabr 2024 14:53
195