Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Mingəçevir Yüksək Texnologiyalar Parkı və Ağdam Sənaye Parkının rezidentləri ilə görüş keçirilib.

Görüş Gəncə Gömrük İdarəsi, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə “Yevlax” gömrük postunda keçirilən görüş xarici ticarət iştirakçılarına gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələrlə bağlı metodoloji dəstəyin göstərilməsi məqsədilə təşkil olunub.

Biznes nümayəndələrinə “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Məcburi qərarlar” layihələri, “ÖZÜNET” platforması barədə məlumat verilib. Həmçinin “Hesabat əldə et”, “Özünödə” və “Kod üzrə Tövsiyyə əldə et” elektron xidmətləri, onlardan istifadə qaydaları barədə təqdimatlar nümayiş etdirilib, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan təkmilləşdirmələrdən bəhs olunub.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Oktyabr 2024 11:06
195