Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib
Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzində gömrük təmsilçiləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları və sahibkarlarla görüş keçirilib.
Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, yeniliklərlə bağlı biznes subyektlərinin məlumatlandırılması məqsədilə keçirilən görüşdə gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması üçün tətbiq edilən “ÖZÜNET” platforması, “Məcburi qərarlar” sistemi, “Səlahiyyətli İqtisadi Operator” proqramı, ödənişlərin onlayn qaydada reallaşdırılması, könüllü riayət prinsipinin təşviqi istiqamətində həyata keçirilən təkmilləşdirilmələrla bağlı iştirakçılara məlumat verilib.
Həmçinin malların kodunu əvvəlcədən müəyyən etməyə imkan verən “XİF MN Tövsiyə Sistemi”ndən istifadə qaydası əyani şəkildə izah olunub.
Yekunda iştirakçıların rəy və təklifləri dinlənilib, suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi