Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Şəmkir rayonunun ərazisində yerləşən Zəyəm Texnologiyalar Parkında xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd gömrük əməliyyatlarının, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, idxal-ixrac əməliyyatları zamanı ortaya çıxan məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, gömrük sistemində həyata keçirilən yeniliklər və tətbiq edilən layihələr barədə xarici ticarət iştrakçılarının rəy və təkliflərinin öyrənilməsi və məmnunluğun təmin edilməsidir.
Görüş çərçivəsində gömrük əməkdaşlarına müəssisələrin fəaliyyəti barədə məlumat verilib, istehsal prosesləri əyani şəkildə izlənilib, idxal-ixrac əməliyyatları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi