8 Noyabr - Zəfər Gününə həsr edilmiş tibbi-sosial aksiya keçirilib
8 Noyabr - Zəfər Gününə həsr edilmiş tibbi-sosial aksiya keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin və “Avita” MMC şirkətinin birgə təşkilatçılığı ilə Füzuli şəhərində qazi və şəhid ailələrinin üzvləri, sakinlər üçün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş növbəti tibbi-sosial xeyriyyə aksiyası keçirilib.
Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı tibb heyəti və müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital Füzuli şəhərinə ezam olunub. Sakinlərə kardioloji, uroloji, endokrinoloji, pediatrik, radioloji, nevroloji, ginekoloji və cərrahi xidmətlər göstərilib, səhhətində problem aşkarlananlar USM, EKQ, EXO və digər tibbi avadanlıqlar vasitəsilə müayinə edilərək tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Həmçinin, tibbi-sosial xeyriyyə aksiyası zamanı müayinə olunan sakinlərə resept üzrə yazılmış dərman preparatları paylanılıb.
Ümumilikdə aksiyada 250 nəfərə tibbi xidmətlər göstərilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi