Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Vətən müharibəsi qaziləri ilə görüşüblər

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Vətən müharibəsi qaziləri ilə görüşüblər

8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qazilərlə görüşüb. Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular keçdikləri döyüş yolu barədə xatirələrini gömrükçülərlə bölüşüblər.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad edərək tariximizin şanlı səhifələrindən birini yazdı.

Bildirib ki, dövlət başçısı ətrafında yumruq kimi birləşən Azərbaycan xalqının əldə etdiyi bu qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, sülhün bərqərar olması, region ölkələrinin inkişafı baxımından da yeni imkanlar yaradıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Noyabr 2024 14:09
195