Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

BMT-nin Vyana ofisinin rəhbəri ilə görüş keçirilib

BMT-nin Vyana ofisinin rəhbəri ilə görüş keçirilib

Noyabrın 14-də Dövlət Gömrük Komitəsində BMT-nin Vyana ofisinin rəhbəri, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru, təşkilatın Baş katibinin müavini Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29-un yüksək səviyyədə təşkil edilməsindən məmnunluqla bəhs edilib.

Dövlət Gömrük Komitəsi ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasındakı əməkdaşlığın, gömrük nəzarətinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin perspektivləri müzakirə olunub.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi olan “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram”ı, həmçinin dəniz limanlarında nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda cinayətkarlığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə edilən nəticələr barədə məlumat verilib, qabaqcıl təcrübələrin öyrənilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, potensialın artırılması sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Noyabr 2024 17:42
195