Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜGT rəsmisi ilə görüş keçirilib

ÜGT rəsmisi ilə görüş keçirilib

Noyabrın 18-də Dövlət Gömrük Komitəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Tarif və Ticarət Məsələləri üzrə Direktoru vəzifəsini icra edən Qael Qrubi ilə görüş keçirilib.

Görüşdə ÜGT rəsmisi COP29-un yüksək səviyyədə təşkil edilməsindən, təmsil etdiyi qurumun fəal üzvlərindən biri olan Azərbaycan gömrüyünün son dövrlərdəki fəaliyyətindən məmnunluqla bəhs edib.

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu və bu məqsədlə ekologiyanın, ətraf mühitin qorunması, yaşıl enerjinin təşviqi, alternativ enerji mənbələrinin genişləndirilməsi ilə bağlı xüsusi proqram hazırlandığı qeyd olunub, gömrük orqanlarının da gələcək fəaliyyətini proqramda bu istiqamətdə nəzərdə tutulan hədəflərə və çağırışlara  uyğun olaraq müəyyənləşdirdiyi vurğulanıb.

Görüşdə COP29-un “Yaşıl Gömrük” təşəbbüsünün təşviqi, bu istiqamətdə gömrük orqanları arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi, yeni çağırışların və səmərəli həllərin  formalaşdırılması baxımından mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Noyabr 2024 17:42
195