Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qətər gömrük xidmətinin rəhbəri ilə görüş keçirilib

Qətər gömrük xidmətinin rəhbəri ilə görüş keçirilib

Noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Baş Gömrük Orqanının sədri Əhməd bin Abdulla Əl Camal ilə görüş keçirilib.

Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin gömrük sisteminin müxtəlif sahələrində süni intellektin tətbiqi, iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından faydalı münasibətlərin qurulmasına dair müzakirələr aparılıb.

Görüş çərçivəsində risklərin idarə edilməsi mövzusunda Azərbaycan gömrüyünün təcrübəsinə dair təqdimat nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Noyabr 2024 14:40
195