Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xaçmaz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunan görüşdə gömrük rəsmiləşdirilməsinin, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması üçün tətbiq edilən layihələr, könüllü riayət prinsipinin təşviq edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin sahibkarlar “Məcburi qərarlar”, gömrük xidmətlərinə vahid məkandan çıxış imkanı yaradan “ÖZÜNET” layihəsi barədə ətraflı məlumatlandırılıblar.
Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi