Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

COP29-da iştirak edən gömrük rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib

COP29-da iştirak edən gömrük rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib

Noyabrın 21-də Dövlət Gömrük Komitəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Gömrük və Aksiz Baş direktorluğunun Gömrük məsələləri üzrə direktoru Padmoyo Tri Vikanto, Braziliya Federativ Respublikası Federal Gəlirlər Xidmətinin Gömrük üzrə koordinatoru xanım Amanda Martha Dutra və Əlcəzair Xalq Demokratik Respublikasının Gömrük Baş direktoru Abdelhafid Bakhouche ilə görüş keçirilib.

Görüşlərdə COP29-un yüksək səviyyədə təşkilindən, ilk dəfə COP gündəliyinə salınan “Yaşıl Gömrük” təşəbbüsü çərçivəsində aparılan səmərəli müzakirələrdən məmnunluqla bəhs edilib.

Həmçinin gömrük dəyərləndirilməsi, gömrük anbarları, hüquq-mühafizə fəaliyyəti sferasında əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı səmərəli əlaqələrin gömrük işinin müxtəlif sahələrinin inkişafına töhfə verəcəyi bildirilib.

Gömrük sistemində süni intellektin tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılmasının vacibliyi vurğulanıb.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Noyabr 2024 19:17
195