Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.

Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər və layihələrlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, qarşılıqlı etimad mühitinin gücləndirilməsi, idxal-ixrac zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Gömrük əməkdaşları tərəfindən biznes nümayəndələrinə “XİF MN tövsiyyə sistemi və ondan istifadə”, “SİO statusunun verilməsi” qaydaları haqqında və “ÖZÜNET” layihəsi barədə video təqdimatla ətraflı məlumat verilib.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Noyabr 2024 10:00
195