Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov noyabrın 29-da saat 10:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı İmişli, Saatlı və Sabirabad rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi