Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil edilən görüşdə biznes nümayəndələrinə gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, xidmətlərin əlçatanlığının, məmnunluğun və şəffaflığın artırılması məqsədilə tətbiq edilən “ÖZÜNET” layihəsi barədə ətraflı məlumat verilib.

Həmçinin malların təkrar idxalı, təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qanunvericiliyin tələbləri izah edilib.

Sonda biznes nümayəndələrinin təklif və rəyləri öyrənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Noyabr 2024 15:13
195