Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
İnsan resurslarının inkişafı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Əsas
Faydalı
Xəbərlər
İnsan resurslarının inkişafı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
İnsan resurslarının inkişafı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Dekabrın 4-də Dövlət Gömrük Komitəsində Koreya Respublikasının Gömrük Xidmətinin İnsan Resurslarının İnkişafı İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlərindən məmnunluqla bəhs edilib, son dövrlərdə gömrük sistemində tətbiq edilən layihələr, xüsusilə rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib, əməkdaşlığın genişləndirilməsi, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycanda gömrük inzibatçılığının ümumi tərəfləri, görülən işlər və İnsan Resurları İdarəsinin fəaliyyətinin konseptual əsasları mövzusunda təqdimatlar nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
4 Dekabr 2024 19:01