Sahibkarlarla növbəti görüş keçirilib
Sahibkarlarla növbəti görüş keçirilib
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə reallaşan görüşdə gömrük sistemindəki yeniliklər, təkmilləşdirilmələr barədə məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərə dair fikir mübadiləsi aparılıb.
Həmçinin ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq ölkəyə gətirilməsi, bu istiqamətdə müəyyənləşdirilən müddət və hüquqi məsuliyyət tədbirləri də geniş müzakirə edilib.
Daha sonra "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları" barədə təqdimat nümayiş etdirilib, sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi