Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin yeni layihəsi - “Rəqəmsal Gömrük Dəyəri”

Dövlət Gömrük Komitəsinin yeni layihəsi - “Rəqəmsal Gömrük Dəyəri”

Dövlət Gömrük Komitəsinin biznes subyektləri ilə əməkdaşlığın gücləndirilməsi, konstruktiv dialoq platformasının formalaşdırılması məqsədilə təşkil etdiyi Gömrük-Biznes Forumunda gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, əlçatanlığın və şəffaflığın artırılması məqsədilə yeni layihələr təqdim olunub. Bunlardan biri də gömrük dəyərini dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri” layihəsidir. Yeni layihə ticarət xərclərini, əməliyyatların sayını azaltmağa, maliyyə resurslarına qənaət etməyə, gömrük dəyəri və biznes proseslərin proqnozlaşdırılmasına əlavə imkanlar yaradacaq.

19 Dekabr 2024 11:48
195