Dövlət Gömrük Komitəsinin yeni layihəsi - “İkipilləli Buraxılış Sistemi”
Dövlət Gömrük Komitəsinin yeni layihəsi - “İkipilləli Buraxılış Sistemi”
Dövlət Gömrük Komitəsinin biznes subyektləri ilə əməkdaşlığın gücləndirilməsi, konstruktiv dialoq platformasının formalaşdırılması məqsədilə təşkil etdiyi Gömrük-Biznes Forumunda gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, əlçatanlığın və şəffaflığın artırılması məqsədilə yeni layihələr təqdim olunub. Bunlardan biri də xarici ticarət iştirakçılarına idxal əməliyyatları zamanı gömrük ödənişlərini malların buraxılışından etibarən 30 gün ərzində ödəmək imkanı yaradan “İkipilləli Buraxılış Sistemi” layihəsidir. Yeni layihə xarici ticarət iştirakçılarına malların saxlanılması xərclərinin azaldılması, malların buraxılışının və istehlakçıya ünvanlanmasının sürətləndirilməsi, daha əlverişli biznes şəraitinin yaradılması kimi üstünlüklər təqdim edəcək.