Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin yeni layihəsi - “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı Sistemi”

Dövlət Gömrük Komitəsinin yeni layihəsi - “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı Sistemi”

Dövlət Gömrük Komitəsinin biznes subyektləri ilə əməkdaşlığın gücləndirilməsi, konstruktiv dialoq platformasının formalaşdırılması məqsədilə təşkil etdiyi Gömrük-Biznes Forumunda gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, əlçatanlığın və şəffaflığın artırılması məqsədilə yeni layihələr təqdim olunub.

Bunlardan biri də sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsinə şərait yaradan “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı Sistemi” layihəsidir. Yeni layihə resursların daha rasional bölüşdürülməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından daşıyıcılar üçün mühüm imkanlar yaradacaq.

23 Dekabr 2024 15:38
195