Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla görüş keçirilib

Sahibkarlarla görüş keçirilib

Balakən Gömrük İdarəsinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarlarla növbəti görüş keçirilib.

Görüşdə biznes subyektlərinə gömrük sistemində aparılan təkmilləşdirmələr, rəqəmsallaşmanın genişləndirilməsi, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin ölkəyə gətirilməsi, bu istiqamətdə müəyyənləşdirilən müddət və hüquqi məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib.

Həmçinin görüşdə gömrük əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qanunvericiliyin tələbləri geniş izah edilib.

Yekunda sahibkarların təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşdən sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Balakən Gömrük İdarəsi tərəfindən ağacəkmə aksiyası keçirilib və “Qəbələ” gömrük postunun ərazisində şam ağacları əkilib, yaşıllıq zolaqlarına qulluq göstərilib.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Dekabr 2024 11:11
195