Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib
Gəncə Gömrük İdarəsinin təşəbbüsü ilə “Azerbaijan Poultry Company” MMC-də görüş keçirilib.
Görüş biznes subyektlərinin gömrük sistemində həyata keçirilən yeniliklər barədə məlumatlandırılması məqsədilə təşkil olunub. Gömrük əməkdaşları quşçuluq müəssisəsinin fəaliyyəti və istehsal edilən məhsulların çeşidləri ilə yaxından tanış olublar. “Azerbaijan Poultry Company” MMC-nin əməkdaşları tərəfindən gömrük əməkdaşlarına istehsal prosesinin mərhələləri barədə ətraflı məlumat verilib.
Sonda xarici ticarət iştirakçıları rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə məlumatlandırılıblar, onların rəy və təklifləri dinlənilib, suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
28 Dekabr 2024 11:34