Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin hesabat iclası keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin hesabat iclası keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Elmi-Təcrübi və Tədris Mərkəzinin, Sanitar-Karantin Xidmətinin və Həkim-Tibb Komissiyasının əməkdaşları iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov cari il ərzində görülmüş işlər barədə məlumat verib, 2025-ci ilin hədəflərindən danışıb, tibbi xidmətlərin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edənlər cari il ərzində gömrük əməkdaşlarına və əhaliyə göstərilən tibbi xidmətlərin sayının artdığını, pasiyent yönümlü fəaliyyətlərin təşkili istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini bildirib, Mərkəzi Gömrük Hospitalı, Sanitar-Karantin Xidməti, Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən görülən işlər, sosial aksiyalar, beynəlxalq konfranslar və seminarlar barədə məlumat veriblər.

29 Dekabr 2024 16:43
195