Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, “Gömrük-Biznes Forumu 2024”də təqdim olunan layihələrlə bağlı ətraflı məlumat verilib, həmçinin biznes subyektlərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra cari ildən etibarən tətbiqinə başlanacaq “Rəqəmsal Gömrük Dəyəri”, “İkipilləli Buraxılış Sistemi” və “İlkin Məlumatlandırma Sistemi” layihələri ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Bildirilib ki, bu layihələr əlverişli biznes mühitinin formalaşdırılması, vaxt və vəsaitə qənaət olunması, gömrük işinin səmərəliliyinin artırılması baxımından xarici ticarət iştirakçılarına əlavə imkanlar yaradacaq.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Yanvar 2025 16:25
195