Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İkitərəfli görüşlər keçirilib

İkitərəfli görüşlər keçirilib

Yanvarın 16-da Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclası çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ilə Türkiyə Cümhuriyyəti Ticarət nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak, Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kairat Cumaqulov, Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının İcraçı katibinin müavini Dmitri Mariyasin arasında ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə gömrük orqanları arasında əlaqələrin daha da gücləndirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübələrin bölüşdürülməsi və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

16 Yanvar 2025 18:02
195