Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib

Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib

20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Dövlət Gömrük Komitəsində tədbir keçirilib.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov 20 Yanvar hadisələrinin xalqımızın azadlıq, müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğunu bildirib. Qeyd olunub ki, dinc insanların qətlə yetirildiyi 20 Yanvar gecəsi xalqımızın tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Diqqətə çatdırılıb ki, hadisələrdən bir gün sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş cinayəti kəskin şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiyməti də məhz Ulu Öndər Heydər Əliyev verdi.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər 20 Yanvar şəhidlərinin də arzularını reallaşdırdı, ərazi bütövlüyümüz tam bərpa olundu, üçrəngli bayrağımız vətənimizin bütün sərhədlərində dalğalanmaqdadır.

Daha sonra 20 Yanvar hadisələrinin şahidi, DGK Tibbi Xidmət İdarəsinin əməkdaşı Səttar Yaqubov o gecə baş verən qanlı hadisələrdən, sovet hərbçilərinin dinc əhaliyə qarşı amansızlıqlarından bəhs edib.

Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Yanvar 2025 14:55
195