“Zəka” intellektual oyununun final mərhələsi keçirilib
“Zəka” intellektual oyununun final mərhələsi keçirilib
Yanvarın 23-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 33-ci ildönümü - gömrük işçilərinin peşə bayramı gününə həsr edilmiş “Zəka” intellektual oyununun final mərhələsi keçirilib.
Gömrük əməkdaşlarının fərdi inkişafı, məntiqi təfəkkürlərinin nümayiş etdirilməsi və komanda ruhunun möhkəmləndirilməsi məqsədilə təşkil edilən intellektual oyunda Komitə aparatının struktur bölmələri və Komitə sisteminə daxil olan qurumların nümayəndələrinin təmsil olunduğu 45 komanda iştirak edib.
Gərgin mübarizə şəraitində davam edən yarışların final mərhələsi 14 komandanın iştirakı ilə keçirilib.
Dövlət Gömrük Komitəsinin mərkəzi aparatını təmsil edən “Stat-X” komandası ən yaxşı nəticə nümayiş etdirərək 1-ci yerə layiq görülüb. 2-ci və 3-cü yerləri müvafiq olaraq Dövlət Gömrük Komitəsinin mərkəzi aparatını təmsil edən digər komanda “Kvintet” və Astara Gömrük İdarəsinin “Cənub” komandası bölüşüblər.
Qalib komandalar mükafatlandırılıb və sertifikatlarla təltif olunublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi