Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər keçirilib

Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər keçirilib

Dövlət Gömrük Komitəsinin təşkil etdiyi “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər keçirilib.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində keçirilən təlimlərin məqsədi qaliblərin analitik təhlil, ünsiyyət, təqdimat bacarıqlarının daha da artırılmasıdır.

“PESTEL” analizi, “Effektiv ünsiyyət və təqdimat bacarıqları, “Svot” təhlil“, Şikayətlərin idarə oluması”, “Dinləmə bacarıqları” mövzularını əhatə edən təlimlər çərçivəsində əməkdaşlara mövzularla bağlı təqdimatlar əsasında məlumatlar verilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Fevral 2025 16:16
195