Tovuz Gömrük İdarəsində ötən ilin yekunları müzakirə olunub
Tovuz Gömrük İdarəsində ötən ilin yekunları müzakirə olunub
Tovuz Gömrük İdarəsində 2024-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbirdə İdarə rəisi Pərviz Qədirov tərəfindən Dövlət Gömrük Komitəsində 2024-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verilib, son dövrlərdə gömrük sistemində həyata keçirilən islahatların gömrük inzibatçılığının təkmilləşdirilməsi, əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi, rəsmiləşdirilmə və sərhədkeçmə proseslərinin sürətləndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Daha sonra idarənin 2024-cü ildəki fəaliyyətinə dair hesabatlar dinlənilib, əldə edilən nəticələr, həlli vacib məsələlər, cari ildə Gömrük Xidmətinin Fəaliyyət Proqramında nəzərdə tutulan vətəndaş və işçi məmnunluğunun, şəffaflığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi, dayanıqlı gömrük ödənişlərinin və hüquq-mühafizə tədbirlərinin təmin edilməsinə dair hədəflərlə bağlı müzakirələr aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi