Daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və beynəlxalq daşımanı həyata keçirən hüquqi və fiziki şəxslərin iştirakı ilə onlayn görüş keçirilib.
Görüş gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirilmələrlə bağlı daşıyıcı şirkətlərin məlumatlandırılması, onların gömrük sahəsində qarşılaşdıqları məsələlərin öyrənilməsi və operativ qaydada həll edilməsi məqsədilə təşkil olunub.
Tədbirdə beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunmasının sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və ticarətin asanlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra “Gömrük-Biznes Forumu 2024” tədbirində təqdim olunan “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” layihəsi ilə bağlı təqdimat əsasında məlumat verilib, fikir mübadiləsi aparılıb.
Sonda daşıyıcı şirkətlərin nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi