Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Biləsuvar Gömrük İdarəsinin təşəbbüsü ilə Cəlilabad rayonunda fəaliyyət göstərən “Dalğa-94” MMC-də görüş keçirilib.

Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, əməliyyatların asan və sürətli şəkildə reallaşdırılması, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə geniş məlumat verilib.

Gömrük əməkdaşları idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edən, həmçinin müxtəlif növ mebel istehsalı ilə məşğul olan müəssisənin fəaliyyəti ilə yaxından tanış olub, istehsal prosesini əyani şəkildə izləyiblər.

Daha sonra idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Fevral 2025 14:55
195