Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı ətaflı məlumat verilib

Gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı ətaflı məlumat verilib

Xaçmaz Gömrük İdarəsinin təşəbbüsü ilə “Xudat” gömrük postunda “Food City Aqrokompleks”in rəhbərliyi və xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə gömrük sistemində tətbiq edilən yeniliklər, “Gömrük-Biznes Forumu 2024”də təqdim olunan “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı”, “Rəqəmsal Gömrük Dəyəri” layihələri ilə bağlı ətaflı məlumat verilib, onların əhəmiyyətindən və faydalarından bəhs edilib.

Həmçinin Səlahiyyətli İqtisadi Operator statusunun verilməsi qaydaları və üstünlükləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Fevral 2025 15:44
195