Narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə narkomaniyaya qarşı mübarizə mövzusunda gənclərlə maarifləndirici görüş təşkil olunub.
Tovuz şəhərində yerləşən Gənclər Evində “Narkotikə Yox Deyək!” devizi altında keçirilən tədbirdə Tovuz rayon polis şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Tovuz Gömrük İdarəsinin və Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik maddələrin istifadəsinin insan həyatına, sağlamlığına zərərləri barədə məlumat verilib, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş tədbirlərindən bəhs olunub, video-çarxlar nümayiş etdirilib, maarifləndirici söhbətlər aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi