Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov fevralın 21-i saat 10:00-da Mingəçevir Gənclər Evində (ünvan: Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 22A) Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək. 

Qəbul zamanı Mingəçevir şəhəri və Yevlax rayonunun sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Fevral 2025 16:53
195