Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

“Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Tədbir gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr və yeni layihələr barədə sahibkarların məlumatlandırılması məqsədilə təşkil olunub.

Görüşdə “Rəqəmsal Gömrük Dəyəri”, “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” və digər layihələrin əhəmiyyəti  qonaqların diqqətinə çatdırılıb.

Yekunda  biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Fevral 2025 17:06
195