Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Baş Gömrük Mühafizə Xidmətində ötən ilin yekunları müzakirə edilib

Baş Gömrük Mühafizə Xidmətində ötən ilin yekunları müzakirə edilib

Baş Gömrük Mühafizə Xidmətində 2024-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

Baş Gömrük Mühafizə Xidmətinin rəisi Mübariz Mustafayev çıxış edərək Dövlət Gömrük Komitəsində 2024-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib.

Daha sonra Baş Gömrük Mühafizə Xidmətinin 2024-cü ildəki fəaliyyətinə dair hesabatlar dinlənilib, əldə edilən nəticələr, həlli vacib məsələlər müzakirə olunub, cari ildə qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyi vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Fevral 2025 15:46
195