Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Astara Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük inzibatçılığında aparılan təkmilləşdirilmələr barədə məlumat verilib. Həmçinin biznes nümayəndələri gömrük orqanları tərəfindən cari ildə reallaşdırılacaq layihələr - “Rəqəmsal Gömrük Dəyəri”, “İkipilləli Buraxılış Sistemi”, İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” layihələrinin məqsədi və əhəmiyyəti barədə məlumatlandırılıblar.

Daha sonra biznes subyektlərinin gömrük sahəsində qarşılaşdıqları məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Fevral 2025 16:31
195