Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə tədbir keçirilib

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 26-da Dövlət Gömrük Komitəsində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib, soyqırımı aktının yalnız xalqımıza deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.

Tədbirdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımlar, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası nəticəsində Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb.

O da qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhəri işğaldan azad edilərək soyqırımı qurbanlarının qisası alınıb və indi üçrəngli bayrağımızın qürurla dalğalandığı Xocalı yenidən qurulur.

Tədbirdə Xocalı hadisələrindən bəhs edən videoçarx nümayiş olunub, Dövlət Gömrük Komitəsinin əməkdaşı, Xocalı faciəsinin canlı şahidi Emin Quliyev həmin gecə dinc sakinlərə qarşı törədilən qətliamdan danışıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2025 14:06
195