Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Gömrük Akademiyasında Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra  Milli qəhrəmanlar Əlif Hacıyev, Allahverdi Bağırov və Əliyar Əliyevin döyüş yolundan bəhs edən videoçarx izlənilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən sonra soyqırımı qurbanlarının qisası alındı, Xocalıda Azərbaycan bayrağı ucaldıldı.

Tədbirdə çıxış edən tarix elmləri namizədi Boran Əziz, millət vəkili Azər Allahverənov Xocalı soyqırımı hadisələrini tarixi kontekstdə təhlil edib, faciənin mahiyyətinin və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən bəhs ediblər.

Tədbir Akademiyanın tələbələrinin ifasında ədəbi kompozisiya ilə davam edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2025 13:32
195