Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Gömrük orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib. 

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Xatirə kompleksi” abidəsini ziyarət edib, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Vətən müharibəsindən bəhs edən tamaşanı izləyiblər. 

Şərqi Zəngəzur Gömrük İdarəsində keçirilən anım tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə iştirak edən və əslən Xocalıdan olan şəhid ailəsi üzvləri həmin gecə dinc sakinlərə qarşı misli görünməmiş vəhşiliklər törədildiyini bildirib, soyqırımı zamanı şahidi olduqları hadisələrdən bəhs ediblər. 

Tibbi Xidmət, Tovuz, Xaçmaz, Astara, Biləsuvar, Balakən, Gəncə gömrük idarələrində və Kinoloji Mərkəzdə də faciə qurbanlarının xatirəsi ehtiramla anılıb. Tədbirlərdə Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu bildirilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbə hesabına Xocalının da işğaldan azad edildiyi, üçrəngli bayrağımızın burada qürurla dalğalandığı vurğulanıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2025 13:46
195