Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirilib

Narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirilib

Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!!!” mövzusunda Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə maarifləndirici tədbirlər keçirilib. 

Hər iki tədbirdə narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərərləri, sosial-iqtisadi inkişafa mənfi təsirləri, insanların həyat və sağlamlığına yaratdığı təhlükə, həmçinin cinayətkarlığın artmasındakı rolu barədə ətraflı məlumat verilib. 

Eyni zamanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində  görülən işlər, mövcud normativ-hüquqi baza və onun  təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edilib. 

Tədbirlərdə mövzu üzrə təqdimatlar nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Fevral 2025 16:44
195