Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər təşkil olunub
Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər təşkil olunub
Dövlət Gömrük Komitəsinin təşkil etdiyi “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün növbəti təlimlər keçirilib.
Qaliblərin potensialının, bilik və bacarıqlarının daha da artırılması məqsədilə təşkil olunan təlimlər “Dəyişikliklərin idarə edilməsi”, “İş yerində fərqindəlik”, “Yalanların təyin edilməsi metodları”, “İnsan resurslarının idarə edilməsi”, “İnsan psixotipləri və temperamentlər” mövzularını əhatə edib.
Təlimlər çərçivəsində müsabiqə iştirakçıları Hava Nəqliyyatında Baş Gömrük və Sumqayıt Gömrük idarələrində gömrük işinin təşkili, gömrük orqanlarının fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, gömrük rəsmiləşdirilməsi və sərhədkeçmə proseslərini əyani şəkildə izləyiblər. Həmçinin onları maraqlandıran mövzular mentorlarla birlikdə müzakirə olunub.
Eyni zamanda təlim iştirakçılarının Sumqayıt şəhərində yerləşən “Azerfloat” QSC-yə səfəri təşkil edilib. Onlara müəssisənin fəaliyyəti barədə məlumat verilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər və həll yolları barədə fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi